Yuxarı

AB bu qaydaları yumşaldır, Azərbaycan üçün yeni imkanlar...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB bu qaydaları yumşaldır, Azərbaycan üçün yeni imkanlar...

Avropa Birliyi (AB) qaz idxalının təsdiqi qaydalarını daha çevik etmək niyyətindədir. Diplomatik mənbələrin məlumatına görə, Avropa Komissiyası üzv dövlətlərə qaz idxalı ilə bağlı mövcud qaydaların tətbiqində daha elastik yanaşma göstərilməsi barədə tövsiyələr hazırlayır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu addım Avropa bazarında qaz təchizatının sabitliyini təmin etmək məqsədi daşıyır. Brüsseldə hesab edirlər ki, bəzi hallarda mövcud qaydaların sərt tətbiqi qaz tədarükünün gecikməsinə səbəb ola və enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Yeni yanaşma xüsusilə Azərbaycan qazının Avropaya tədarükü üçün əhəmiyyət kəsb edə bilər. Diplomatik mənbələrin sözlərinə görə, təsdiq prosedurunun yumşaldılması alternativ qaz təchizatçıları üçün daha əlverişli şərait yarada bilər. Hazırda Azərbaycan Avropa Birliyinin qaz idxalında mühüm tərəfdaşlardan biridir və qaz əsasən Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çatdırılır.

Azərbaycan qazı Türkiyə üzərindən Yunanıstan və İtaliyaya nəql olunur. Bu qazın bir hissəsi regional interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə, o cümlədən Rumıniya bazarına çatdırılır və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

Diplomatik mənbələr bildiriblər ki, Avropa Komissiyası yeni təlimatları yaxın vaxtlarda açıqlaya bilər. Məqsəd Rusiyadan qaz idxalının azaldılması siyasətini davam etdirməklə yanaşı, Avropa bazarında qaz təchizatının sabitliyini qorumaqdır.

Qeyd olunur ki, Avropa Birliyi enerji mənbələrinin şaxələndirilməsi strategiyasını genişləndirir və bu kontekstdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi qiymətləndirilir. Rumıniya da regionda yeni enerji marşrutlarının və interkonnektor layihələrinin inkişafında mühüm rol oynayan ölkələrdən biri hesab olunur.

Tarix
2026.03.14 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla