Yuxarı

Elçin Şıxlı müavininin ölümündən yazdı: Sözümə əməl etmədi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Şıxlı müavininin ölümündən yazdı: Sözümə əməl etmədi...

Şahinin ölüm xəbəri məni olmazın dərəcədə sarsıtdı. Axşam Hacı müəllimin (Hacı Hacıyev) oğlu zəng vurub bu acı xəbəri bildirəndə donub qaldım. İnana bilmirdim.

Kult.az xəbər verir ki, bunu Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı müavini Şahin Babayevin ölümü ilə bağlı yazıb.

O qeyd edib ki, Ş.Babayevlə cəmi 2 gün əvvəl danışıbmış:

“Həmişəki kimi soruşdu ki, nə tapşırığınız var? Mən də həmişəki kimi “Özündən muğayat ol” dedim. Gülüşüb sağollaşdıq. Demə özündən muğayat olmayıb...

2006-cı ildə Hacı müəllim məni AJB-yə sədr gətirəndə bircə xahişi olmuşdu: “Şahindən muğayat ol”. 20 il bir yerdə çalışdıq, Hacı müəllim, sözümü tutmağa çalışdım. Amma görünür, bura qədərmiş. İndi növbə sizindir. Yanınıza uçdu. Yeri uçmaqdır, inşallah.

Nə qədər axtardım, birgə şəklimizi tapmadım. Yalnız bir qısa videonu tapdım. Sonuncu dəfə “Zərdabi” mükafatı törənində mənə dəstək verirdi. Allah rəhmət eləsin, Şahin! Cənnətlik olasan! Əlvida, əziz dost! Yerin çox görünəcək..."

Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev noyabrın 11-də 61 yaşında vəfat edib.

Tarix
2025.11.12 / 09:46
Müəllif
Kult.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla