Yuxarı

Belçika Azərbaycana təşəkkür etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belçika Azərbaycana təşəkkür etdi

Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı Yaxın Şərqdə cari təhlükəsizlik vəziyyəti, Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlər, habelə Avropa Birliyi çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazirlər Yaxın Şərqdə mövcud hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Belçika naziri bununla yanaşı, İran ərazisindən Naxçıvan istiqamətinə dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib. Eyni zamanda, Belçika vətəndaşlarının İrandan təxliyəsinin təmin olunmasına yaradılmış şəraitə görə ölkəmizə təşəkkür bildirilib.

Nazirlər o cümlədən, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar. C.Bayramov qarşı tərəfi bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumatlandırıb.

Tərəflər Azərbaycanla Belçika arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün konstruktiv dialoqun və siyasi məsləhətləşmələr kimi mövcud mexanizmlərin, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əhəmiyyətini vurğulayıblar.

Tarix
2026.03.31 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla