Bakıda xalq rəssamının oğlunun meyiti tapıldı
14:09
| Ana səhifə Toplum |
|
Bakdıa evdən meyit tapılıb.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində qeydə alınıb.
66 yaşlı Elşad Cahangir oğlu Rüstəmovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Elşad Rüstəmov mərhum xalq rəssamı Cahangir Rüstəmovun oğludur. Elşad Rüstəmov həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi işləyib.
|
Tarix
2026.11.21 / 14:09
|
Müəllif
Axar.az
|