Yuxarı

MN-də NATO rəsmiləri ilə görüş oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN-də NATO rəsmiləri ilə görüş oldu

Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyətinə dair görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə müasir təhlükəsizlik mühitində NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi mobilliyin təmin edilməsi, təchizat zəncirinin dayanıqlılığın gücləndirilməsi və NATO-nun kollektiv logistik təminat fəaliyyətləri barədə təqdimatlar verilib.

Tərəflər, NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaradılması, Əməliyyatlar üçün Logistik Dəstək Tərəfdaşlığının (OLSP) fəaliyyət istiqamətləri, üzv dövlətlərin milli, çoxtərəfli və NATO çərçivəsində mövcud olan logistik imkanlarından birgə istifadə mexanizmləri, həmçinin Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə, bununla yanaşı hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirlərinin təşkili, həmçinin NSPA və OLSP kimi mexanizmlər vasitəsilə mövcud olan beynəlxalq və çoxtərəfli imkanlardan səmərəli faydalanma imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2026.11.21 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla