Yuxarı

Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto

Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü münasibətilə şəhərdə təntənəli tədbir keçirilib.

Axar.az xəbər verir ki, Sumqayıt Şəhər Muğam Mərkəzində keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, qardaşlaşmış şəhər Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, şəhərin tanınmış ziyalıları, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Sumqayıtın keçdiyi inkişaf yolunu, müasir simasını və əldə etdiyi nailiyyətləri əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 77 illik yubileyi münasibətilə tədbir iştirakçılarını və bütün sumqayıtlıları təbrik edib, Sumqayıtın zəngin inkişaf tarixindən, formalaşma və tərəqqi mərhələlərindən danışıb.

Şəhər rəhbəri qeyd edib ki, Sumqayıtın tarixində ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı xüsusi yer tutur. Məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə Sumqayıt böyük inkişaf və tərəqqi mərhələsinə qədəm qoyub. Ulu Öndərin şəhərə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Sumqayıtın sənaye potensialı genişlənib, sosial infrastrukturu inkişaf edib, şəhərin gələcək inkişafının möhkəm təməli yaradılıb. Bu gün də sumqayıtlılar Ulu Öndərin şəhərin inkişafı naminə gördüyü işləri böyük minnətdarlıq hissi ilə xatırlayırlar.

Zakir Fərəcov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində Sumqayıt son illərdə əsaslı şəkildə yenilənərək müasir, abad və dinamik inkişaf edən şəhərə çevrilib. Prezident İlham Əliyevin Sumqayıta hər səfəri şəhərin həyatında mühüm hadisə olmaqla yanaşı, yeni inkişaf mərhələsinin başlanğıcı kimi yadda qalıb.

Şəhərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən bəhs edən icra başçısı bildirib ki, son illərdə infrastrukturun yenilənməsi, yolların və küçələrin əsaslı təmiri, məhəllələrin abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, nəqliyyat və kommunal xidmətlərin müasirləşdirilməsi istiqamətində mühüm layihələr reallaşdırılıb. Bu işlər bu gün də ardıcıl şəkildə davam etdirilir.

Şəhər rəhbəri qeyd edib ki, Sumqayıt artıq təkcə sənaye şəhəri deyil, həm də müasir memarlığı, geniş park və bulvarı, yenilənən küçələri, sosial-mədəni infrastrukturu ilə seçilən gözəl bir şəhərdir. Şəhərin əldə etdiyi nailiyyətlər, ilk növbədə, dövlət başçısının diqqət və qayğısının, eləcə də burada yaşayan və çalışan insanların zəhmətinin nəticəsidir. İnanırıq ki, qarşıdakı illərdə Sumqayıt daha da inkişaf edəcək, gözəlləşəcək və ölkəmizin aparıcı şəhərlərindən biri kimi mövqeyini möhkəmləndirəcək.

Sumqayıtla qardaşlaşmış şəhər olan Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan çıxışında şəhərin 77-ci ildönümü münasibətilə sumqayıtlıları təbrik edib. O, Sumqayıtın ötən illər ərzində keçdiyi inkişaf yolunu yüksək qiymətləndirərək şəhərin müasir simasının, iqtisadi və sosial potensialının təqdirəlayiq olduğunu bildirib. Halit Doğan Sumqayıt və Samsun arasında mövcud olan qardaşlıq münasibətlərinin xalqlarımız arasındakı dostluğun mühüm nümunəsi olduğunu vurğulayıb, əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mühəndis Maqsudəli Maqsudov və Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olya İslamova çıxış edərək Sumqayıtın yaranma və inkişaf tarixindən, şəhərin ölkənin iqtisadi, elmi və mədəni həyatında tutduğu mövqedən danışıblar. Çıxışlarda Sumqayıtın müxtəlif nəsillərin zəhməti, fədakarlığı və quruculuq əməyi ilə formalaşdığı qeyd olunub. Bildirilib ki, bu gün şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, yaradılan müasir infrastruktur Sumqayıtın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Natiqlər şəhərin 77 illik yubileyinin hər bir sumqayıtlı üçün qürurverici hadisə olduğunu vurğulayaraq onun gələcək inkişafı naminə həyata keçirilən işlərə uğurlar arzulayıblar.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında təqdim olunan rəngarəng konsert proqramı ilə davam edib.

Tarix
2026.11.21 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla