Yuxarı

Alman tarixçiliyində Azərbaycan: Troyadan Qafqaza qədər...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman tarixçiliyində Azərbaycan: Troyadan Qafqaza qədər...

Almaniya tarixinin nüfuzlu alimlərindən biri olan Hartman Şedelin "Salnamələr kitabı" adı ilə tanınan “Nürnberq salnaməsi” əsəri dünyanın yaradılışından başlayaraq 1493-cü ilə qədər olan bəşər tarixini əhatə edir. Nəşri 1493-cü ildə olan bu kitabda Azərbaycan barədə qiymətli məlumatlar var (Kitabın PDF variantı BURADA).

Şəhərlərin, astronomik hadisələrin, kralların, imperatorların, papaların, İncildə adları çəkilən müqəddəslərin və həvarilərin portretlərinin təsvirləri ilə XV əsrin ən çox satılan və ən dəbdəbəli illüstrasiyası olan bu kitabda Azərbaycanı antik adlarla — Midia, Albania və Hircania kimi qeyd edirdilər.

Şedel xalqları yaşadıqları vilayətlərin adları ilə çağırır:

Albanlar Xəzərin qərbində, Şimali Azərbaycanda yaşayanlardır. Şedel onları döyüşkən və açıq rəngli insanlar kimi təsvir edir. Onlar azadlıqsevər və heç bir hökmdara tabe olmayan döyüşçü bir xalq kimi kitabda qeyd edilir.

Midiyalılar Cənubi Azərbaycanda yaşayanlardır. Onlar tarixin ən qədim və imperiya quran xalqlarından biri kimi təqdim olunur.

Hirkanlılar - vəhşi təbiətə və cəngavərlik xüsusiyyətlərinə malik insanlar kimi qeyd edilir. Şedel yazır ki, bu bölgənin insanları meşələrdə yaşayan pələnglərlə və vəhşi heyvanlarla mübarizə apararaq böyüyürlər. Bu səbəbdən onlar çox qüvvətli və amansız döyüşçülərdir.

Şedel mətndə bu bölgənin insanlarını ümumi şəkildə skitlər və tatarlar qruplarına da aid edir. O dövrün Avropa coğrafiyasında "tatar" və "skit" adları çox vaxt bütün türk xalqlarını ifadə etmək üçün ümumi ad kimi işlədilirdi.

Müəllif antik mənbələrə və dövrün alimlərinə istinad edərək yazır ki, türklər Xəzər dənizinin ətrafında yaşayan cəsur döyüşçü xalqlardır. Şedel türklərin və bu bölgə xalqlarının mənşəyini İncildə adı çəkilən Yafəsin oğlu Maqokla əlaqələndirir. Kitabda qeyd olunur ki, Xəzər dənizi ətrafında yaşayan döyüşkən xalqlar məhz bu soydan gəlir.

Müəllif əlyazmalara istinad edərək yazır ki, Avropada belə bir nəzəriyyə var, türklər qədim Troya şəhərindən gəliblər və onların dili qədim bir kökə malikdir. Onun fikrincə, Troya süqut etdikdən sonra bir qrup döyüşçü Xəzər dənizi və Qafqaz tərəfə qaçıb, orada güclənib və əsrlər sonra geri qayıdıblar.

Yerli dil barəsində isə bir neçə yerdə qeyd edir ki, Dunay çayından tutmuş Çin sərhədinə qədər olan bu nəhəng coğrafiyada insanlar bir-biri ilə türk dillərində danışırlar.

O yazır ki, coğrafiyanın əsas hərbi-siyasi gücü türkmənlər (oğuz türkləri) hesab olunur. Şedel mətndə bu xalqın cəsarətindən və süvari ordularından bəhs edir. Müəllif Xəzər ətrafındakı bütün türkdilli xalqları bəzən ümumi "tatar" adı altında qeyd edir.

Şedel kitabda bir neçə xəritə verir və burada Azərbaycanın yerləşdiyi bölgəni dünyanın mərkəzi ticarət yollarının əsas hissəsi olduğunu yazır.

Şedelin salnaməsində və Ağqoyunlu (Bayandur dövləti ) hökmdarı Uzun Həsən (Həsən Padşah) haqqında məlumatlar geniş yer tutur. Onu kitabda Ussun Cassano kimi yazır.

Kitabda Uzun Həsənin rəhbərlik etdiyi xalqı türkman (tərəkəmə) adlandırır. Kitabda qeyd olunur ki, bu xalqlar at belində doğulur və mükəmməl ox atırlar.

Kitabda olan qravürlərdə əks edilən geyimlərə diqqət yetirsəniz, bizim milli geyimlər olduğunun şahidi olarsınız.

Şedel üçün Azərbaycan coğrafiyasındakı türkmənlər sadəcə bir xalq deyil, dünya tarixinin gedişatını dəyişən bir qüvvədir.

Tarix
2026.03.23 / 11:35
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla