ABŞ və İran arasında anlaşma memorandumunun həftə sonu imzalanması gözlənilsə də, razılaşma mətni ilə bağlı tərəflərin açıqladığı detalların fərqliliyi diqqət çəkir. İranın açıqladığı “14 maddəlik anlaşma memorandumu”nda yer alan “Livan da daxil olmaqla, bütün cəbhələrdə dərhal və daimi atəşkəs” maddəsi mübahisəlidir.
Livanın – İsrailin Hizbullaha qarşı əməliyyatının dayandırılması məsələsi ABŞ tərəfindən təsdiqlənmir. Bununla yanaşı, Tramp və Netanyahu “anlaşma memorandumu”nu müzakirə etdikdən sonra İsrail ABŞ-dan İranla yekun razılaşma haqqında zəmanət aldığını açıqladı.
- Zənginləşdirilmiş uran çıxarılacaq və zənginləşdirmə qurğuları söküləcək;
- İranın raket proqramı məhdudlaşdırılacaq;
- Tehran Hizbullah və HƏMAS daxil olmaqla, regiondakı müttəfiqlərinə (proksi qüvvələrə) dəstəyə son qoyacaq.
İranın yaydığı mətndə raket proqramı və proksi qüvvələr öz əksini tapımır. Zənginləşdirilmiş uran və nüvə proqramı isə sanksiyaların ləğvi, İran iqtisadiyyatının bərpası, dondurulmuş aktivlərin buraxılmasına paralel şəkildə müzakirəsi qeyd olunur. “Mehr”in məlumatına görə, “raket proqramı və müqavimət qruplarına dəstək məsələsi gündəlikdən tamamilə çıxarılır”.
Bununla yanaşı, İran dondurulmuş 24 milyard dollar aktivin yarısının – 12 milyardının öncədən buraxılması, yarısının müzakirə ediləcəyini bildirir, halbuki, ABŞ bunu yekun razılaşmanın şərtlərindən biri kimi görür.
Anlaşma memorandumu imzalanmaya gedənə qədər tərəflər arasındakı ziddiyyətli açıqlamalar razılaşmanı çətinləşdirir. İstisna deyil ki, arxa fonda aparılan danışıqlarla ictimaiyyətə açıqlananlar arasında fərqlər mövcuddur. O da istisna edilməməlidir ki, ABŞ danışıqlar prosesinin başlanması və tələblərinə - nüvə və raket proqramı, proksi qüvvələr, zənginləşdirilmiş uran və s. yekun razılaşmada nail olmaq məqsədilə mövcud memorandumu qəbul edir. Lakin hər iki tərəfi qane edəcək anlaşmanın əldə olunması imkanları məhduddur. Memorandum daha çox tərəflərin zaman qazanmaq taktikasına bənzəyir.