Yuxarı

Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto

2025–2026-cı tədris ilinin başa çatması münasibətilə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, iyunun 13-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbində, Ağdam rayonunun Xıdırlı və Kəngərli kənd tam orta məktəblərində, həmçinin Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində “Son zəng” tədbirləri təşkil olunub.

Bildirilib ki, Ağdam şəhərində, eləcə də Xıdırlı və Kəngərli kəndlərində məskunlaşmadan sonra ilk dəfə “Son zəng” tədbirləri keçirilib.

Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbində keçirilən tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və təhsil yollarında uğurlar arzulayıblar.

Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları da iştirak edərək məzunlara xoş arzularını çatdırıblar.

Tədbirlər bədii proqramlar və məzunların çıxışları ilə davam edib.

Tarix
2026.06.13 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla