Yuxarı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Farmaniya.com dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyev məhkəmə zalından azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə Unikal-a təqsirləndirilən şəxsin vəkili Nərminə Məmmədova deyib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Quliyev barəsində 1-ci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Yekun qərara əsasən, Hüseyn Quliyevə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə xitam verilib. Cinayət Məcəlləsinin 244-1.2.2 (qumar oyunu təşkil etmə və reklam etmə) maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

193-1.3.2-ci (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsi ilə Hüseyn Quliyevə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona 1 il 6 ay sınaq müddəti təyin edilib və dərhal məhkəmə zalından azadlığa buraxılıb.

Eyni zamanda, cinayət yolu əldə edilmiş əmlak hesab edilən "Land Rover" markalı avtomobilin üzərindən həbs götürülməsi və onun sahibinə qaytarılması barədə də qərar qəbul edilib.

Hüseyn Quliyev "Zevs" ləqəbi ilə tanınan məşhur videobloger Ruslan Quliyevin qardaşıdır.

Tarix
2026.10.10 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla