Yuxarı

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi dialoqu ilə diqqət çəkən azyaşlının kimliyi məlum olub.

Axar.az Bakivaxti.az-a istinadən xəbər verir ki, Prezidentə “Mən sizi çox istəyirəm” deyən uşaq Əməkdar artist, xanəndə Babək Niftəliyevin oğlu Ömər Niftəliyevdir.

Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən MDB ölkələrinin Milli Mətbəx Festivalı çərçivəsində Azərbaycan pavilyonunda uşaqların iştirakı ilə musiqi nümunələri təqdim olunub.

Həmin vaxt İlham Əliyevlə uşaqlar arasında səmimi söhbət baş tutub. Azyaşlılardan birinin Prezidentə ünvanladığı sözlər sosial şəbəkələrdə və mediada maraqla qarşılanıb.

Məlumata görə, Ömər və qardaşı Cavidan Niftəliyev kiçik yaşlarından musiqi ilə məşğul olur. Onlar atalarının rəhbərliyi ilə Prezidentin qarşısında “Mehriban olaq” mahnısını ifa ediblər.

Babək Niftəliyev açıqlamasında bildirib ki, hər üç övladı Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alır. Onun sözlərinə görə, Ömər məktəbin 3-cü, Cavidan isə 6-cı sinfində oxuyur. Sənətçinin böyük oğlu Mehdi də vokalçıdır və həmin məktəbdə 9-cu sinifdə təhsil alır. Ömərin Türkmənistana səfəri isə onun ilk xarici səfəri olub.

Qeyd edək ki, Babək Niftəliyev Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindəndir və Əməkdar artist fəxri adını daşıyır.

Tarix
2026.10.10 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla