Yuxarı

KVN-çilərdən heç kim Elnurun dəfninə getmədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
KVN-çilərdən heç kim Elnurun dəfninə getmədi

“Bu şəhərdə” komandasının rəhbəri Müşviq Abbasov “Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi Elnur Məmmədovun dəfn mərasimi ilə bağlı paylaşım edib.

Kult.az xəbər verir ki, Müşfiq Abbasov İnstaqram hesabında Elnur Məmmədovla vidaya KVN komandasından heç kimin gəlmədiyini bildirib.

“Dünən 20-ci əsrin çempionu olan “Parni iz Baku” KVN komandasının yaradıcılarından biri və birincilərindən olan, komandanın baş müəllifi, üzərimdə və yəqin ki, komandanın bir çox üzvünün üzərində haqqı olan Elnur Məmmədovu bu dünyadan yola saldıq. Mən və Vaqif Gərayzadə məsciddə, yuyulma mərasimində Bəhram Bağırzadəni gördük. Amma qəbiristanlıqda, dəfn mərasimində “Parni iz Baku"dan heç kimi görmədik. Orada məndən və Elnurdan başqa keçmiş KVN-çilərdən heç kim yox idi. Yəqin kimsə burada deyildi, kimsə müalicədə idi, kimsə daha ciddi işlə məşğul idi, kimsə bunu özünə borc bilmədi, kimsə ona Elnura borc bilmədi.

Amma elə insanlar var ki, onları son mənzilə yola salmaq borc yox, vicdan məsələsidir. Əgər vicdan varsa.

Bəlkə də kapitan - Anar Məmmədxanov bu dünyada olsaydı, Elnuru o dünyaya yola salmağa komandadan çoxları gələrdi", - deyə o yazıb.

Qeyd edək ki, 1990-cı illərin ən parlaq simalarından olan Elnur Məmmədov 24 martda dünyasını dəyişib. O, uzun müddət spirtli içkidən asılı olub və səfil həyat tərzi keçirirdi.

Tarix
2026.03.27 / 23:06
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla