Yuxarı

Rasim Balayev ömrünün sonuna qədər sübut edə bilmədi ki...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rasim Balayev ömrünün sonuna qədər sübut edə bilmədi ki...

Azərbaycan kino sənəti böyük bir sənətkarını itirdi. Elə bir sənətkar ki, öz adı ilə doğulsa da, hamı onu Beyrək, Babək, Nəsimi kimi tanıyırdı.

Kult.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Rasim Balayevin vəfatı ilə bağlı danışarkən deyib.

“Hətta onun hərəkətlərinə və ya hansısa bir sözünə cəmiyyətin reaksiyası fərqli olanda belə demirdilər ki, sən Rasim Balayevsən. Deyirdilər, axı sən Babəksən, axı sən Beyrəksən, niyə belə danışırsan, niyə bu cür mövqe sərgiləyirsən?

Və ömrünün sonuna qədər Rasim Balayev sübut edə bilmədi ki, o, Rasim Balayevdir. Cəmiyyət onu Babək, Nəsimi, Beyrək kimi tanıdı. Bu isə bir sənətkar üçün çox böyük xoşbəxtlikdir.

O, yaratdığı obrazlarla insanların qəlbində yer tutmuş, özünün orda heykəlini ucaltmışdı. Güman etmirəm ki, Azərbaycanın kino tarixində hələ uzun illər belə bir sənətkar yetişsin.

Mən Rasim Balayevi çox sevirdim. Allah rəhmət eləsin, ruhu şad olsun”, - İ.Ağazadə qeyd edib.

Tarix
2026.03.30 / 19:25
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla