Yuxarı

Rusiya ilə müharibədə buna diqqət etməliyik - Molde

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə müharibədə buna diqqət etməliyik - Molde

Ukrayna hərbçilərinin Rusiya ilə müharibəyə hazırlığı Qərb təlimatçılarına radioelektron mübarizənin əhəmiyyətini xatırladıb. Soyuq müharibədən sonra bu əsas bacarığa daha az diqqət yetirilsə də, müasir döyüş əməliyyatlarında onun getdikcə daha böyük əhəmiyyət qazandığı məlum olur.

Axar.az xəbər verir ki, bu barədə “Business İnsider” yazıb.

Nəşrin məlumatına görə, Norveç NATO ərazisində Ukrayna hərbçilərinin döyüş əməliyyatlarına hazırlanmasına yönəlmiş yeni çoxmillətli təlim proqramına rəhbərlik edir.

Qeyd olunur ki, təlimatçılar yalnız Qərbin təcrübəsini bölüşmür, həm də müharibədə iştirak edən ukraynalı hərbçilərdən təcrübə öyrənirlər. Ukrayna hərbçiləri radioelektron mübarizə və pilotsuz uçuş aparatlarına qarşı mübarizə kimi sahələrdə dəyərli döyüş təcrübəsi gətirirlər.

“Ukrayna hərbçilərinin hazırlanması tərəfdaş ölkələrin müharibənin dərslərini öz silahlı qüvvələrində tətbiq edə bilməsinin yollarından biridir”, – deyə briqada generalı, “Legio” əməliyyat qrupunun komandiri Atle Molde nəşrə bildirib.

Onun sözlərinə görə, Norveçin bu əməkdaşlıqdan çıxardığı nəticələrdən biri radioelektron mübarizə sahəsində potensialın əhəmiyyətinin yenidən bərpa edilməsidir:

“Radioelektron mübarizə elə bir sahədir ki, Soyuq müharibə dövründə Qərb və NATO silahlı qüvvələri bu istiqamətdə kifayət qədər böyük potensiala malik idi. Lakin Sovet İttifaqının dağılmasından və Soyuq müharibənin başa çatmasından sonra üsyançılara qarşı mübarizəyə və buna bənzər əməliyyatlara keçdikdə bütün bunlar ikinci plana keçdi”.

Tarix
2026.08.19 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla