Bakıda məşhur restoran bağlandı - Video
14:50
| Ana səhifə Planet |
|
Şri-Lanka sahilləri yaxınlığında beynəlxalq sularda 19 kommersiya gəmisindən xilas edilən 40 iranlı dənizçi tibbi yardım aldıqdan sonra İrana qaytarılıb.
Axar.az xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyinin sözçüsü Tuşara Rodriqo məlumat yayıb.
Qeyd edilib ki, İran səfirliyi dənizçilərin xilas edilməsi üçün müraciət edib.
Şri-Lanka rəsmiləri xilasetmə əməliyyatının səbəbləri barədə ətraflı məlumat verməyiblər. Yerli media dənizçilərin ABŞ sanksiyalarına məruz qalan tankerlərdə olduğunu yazıb.
|
Tarix
2026.10.26 / 14:01
|
Müəllif
Suzanna İsmayılova
|