Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto
13:50
| Ana səhifə Toplum |
|
Goranboyda bədbəxt hadisə baş verib.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb.
35 yaşlı L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Məlumata görə, qadının həyat yoldaşı evin həyətində ağacı kəsən zaman ağac işıq dirəyinin üstünə aşıb. Bu zaman işıq dirəyi qadının üstünə düşüb.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2026.10.26 / 12:50
|
Müəllif
Axar.az
|