Yuxarı

Ağac kəsərkən qaydanı pozdu, işdən qovuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağac kəsərkən qaydanı pozdu, işdən qovuldu

Bakının Nəsimi rayonunda, 28 May küçəsində, "The Ritz-Carlton Baku" otelinə qədər olan ərazidə yeni parkın salınması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Qeyd olunub ki, təxminən 10 hektar ərazini əhatə edəcək park layihəsi çərçivəsində artıq hazırlıq işlərinə başlanılıb:

“Əraziyə ilkin baxış zamanı qəzalı vəziyyətdə olan ağaclar müəyyən edilib. Söhbət əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağaclarından gedir. Bu ağacların kök sisteminin zəif olması onların aşma riskini artırır və ətraf mühit, eləcə də insanların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır. Mövcud vəziyyət nəzərə alınaraq, ərazidə hazırlıq işləri çərçivəsində qəzalı ağacların götürülməsi, gələcəkdə isə burada geniş yaşıllıq sahəsinə malik parkın salınması, yeraltı avtomobil dayanacağının tikintisi və xeyli sayda yeni ağacın əkilməsi planlaşdırılır.

Təəssüflə qeyd edilməlidir ki, işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilməsi zamanı aqrotexniki qaydalara riayət olunmaması faktı aşkar edilib.

Həmin ağacın gövdəsinin içəridən çürümüş vəziyyətdə olmasına baxmayaraq, bu hal onun kəsilməsi zamanı müvafiq qaydalara əməl edilməsi tələbini aradan qaldırmır. Ağacın qəzalı vəziyyətdə olması və ya gövdəsinin çürüməsi belə, onun götürülməsi prosesinin müəyyən edilmiş aqrotexniki tələblərə uyğun həyata keçirilməsini zəruri edir".

Bildirilib ki, aşkar edilmiş nöqsanla bağlı dərhal müvafiq inzibati tənbeh tədbiri görülüb:

“Həmçinin işində yol verdiyi nöqsanlara görə Birliyin əməkdaşı tutduğu vəzifədən azad edilib. Bununla yanaşı, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarına ərazidə görülən işlərlə bağlı ətrafda yaşayan sakinlər arasında maarifləndirmə tədbirlərinin aparılması, onlara həyata keçirilən işlərin məqsədi, qəzalı ağacların yaratdığı risklər barədə ətraflı məlumat verilməsi bir daha tapşırılıb”.

Tarix
2026.10.26 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

Bayramovla Berendsenin təkbətək görüşü başladı

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla