Yuxarı

İnfantinodan “Qarabağ”ın oyunu ilə bağlı paylaşım - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnfantinodan “Qarabağ”ın oyunu ilə bağlı paylaşım - Video

FİFA prezidenti Canni İnfantino Misli Premyer Liqasının 9-cu turunda keçirilən “Sabah” - “Qarabağ” oyunu (0:0) ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, İnfantino İnstaqram hesabında etdiyi paylaşımda Bakıdakı qarşılaşmadan məmnunluğunu ifadə edib.

“Bu gün (dünən - red.) Bakıda Azərbaycan futbolunun necə gözəl nümayişinin şahidi olduq! “Sabah” və “Qarabağ” gərgin mübarizə şəraitində keçən oyunda xalları bölüşdülər. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FİFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Süleyman Həsən Vaberi, FİFA Şurasının üzvləri Yohanna Vud və Rodolfo Vilyalobos, həmçinin “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə olmaqdan məmnun oldum.

Belə möhtəşəm atmosfer yaratdıqlarına görə hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları necə birləşdirdiyini və sevinc bəxş etdiyini bir daha sübut etdi”, - o qeyd edib.

Tarix
2026.10.26 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla