Yuxarı

Bakıda restoranda baş verən qətlin yeni görüntüləri - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda restoranda baş verən qətlin yeni görüntüləri - Video

Bakının Xətai rayonunda restoranda 43 yaşlı kişinin bıçaqlanaraq öldürülməsi ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib.

Axar.az xəbər verir ki, hadisə oktyabrın 23-də saat 00:10-da General Şıxlinski küçəsində yerləşən restoranlardan birində baş verib. C.Mirağayev aldığı bıçaq xəsarətlərindən ölüb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirdikləri və mütəmadi olaraq qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Onların hədə-qorxu ilə pul tələb etmək, kriminal dairələrdə nüfuz qazanmaq, tələblərinə tabe olmayan şəxsləri cəzalandırmaq və odlu, eləcə də soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisənin bütün hallarının, saxlanılan şəxslərin cinayətdə iştirakının, eləcə də cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyənləşdirilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2026.10.26 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla