Yuxarı

Piter Elçinin qardaşını öldürən şəxslə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Piter Elçinin qardaşını öldürən şəxslə bağlı qərar

Ali Məhkəmədə kriminal aləmdə “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Axar.az Pravda.az-a istinadla xəbər verir ki, son prosesdə qərar elan olunub.

Qərara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttiham aktına görə, 26 sentyabr 2012-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində M.Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb. M.Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini, 1979-cu il təvəllüdlü Fariz İsmayilovun iştirakı olduğunu güman edib və qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.

F.İsmayılovu izləyən M.Quluzadə onun mağazaya girdiyini görəndən sonra maşınını idarə edən qohumu Xəyal Quluzadəni oradan uzaqlaşdırmaq bəhanəsi ilə mağazaya göndərib. Özü isə avtomaşında gözləyib. O, F.İsmayılov mağazadan çıxaraq maşınına əyləşəndə ona silahla basqın edib, tapança-pulemyotdan fasiləsiz olaraq 24 atəş açıb. F.İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən M.Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi 120.1-ci maddəyə tövsif edilib. Məhkəmənin hökmü ilə M.Quluzadə 14 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin Murad Quluzadə də cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kassasiya protesti ilə müraciət edib. Ali Məhkəmənin qərarına əsasən, prokurorun verdiyi protest təmin edilib. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirlib. Belə ki, M.Quluzadənin 14 il müddətinə azadlıqdan mərhumetmə cəzası 1 il artırılaraq 15 ilə qaldırılıb.

Xatırlatma: Qətlə yetirilən F.İsmayılov 4 qardaş olublar. Onların böyük qardaşı kriminal aləmdə nüfuza malik olan “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovdur. 4 qardaşdan ikisi qətlə yetirilib.

Tarix
2026.10.26 / 09:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla