Yuxarı

Demokratlar qalib gəlsə, ABŞ-ın dünya siyasəti dəyişəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Demokratlar qalib gəlsə, ABŞ-ın dünya siyasəti dəyişəcək

Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə Demokratlar Partiyası qalib gələrsə, Vaşinqtonun xarici siyasəti, o cümlədən Ukraynaya münasibətdə siyasəti köklü şəkildə dəyişə bilər.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, demokratların Nümayəndələr Palatasında, hətta Senatda da çoxluğu qazanmaq şansı yüksəkdir:

"Bu, respublikaçıların iki illik nəzarətindən sonra demokratlara Vaşinqtonda hakimiyyətin bir hissəsini ələ keçirmək imkanı verə bilər. Demokratlar respublikaçıları Tramp administrasiyasına müharibəyə başlamaq və büdcə vəsaitlərini bölüşdürmək barədə qərarları faktiki olaraq müstəqil şəkildə qəbul etməyə imkan verməkdə ittiham edirlər. Halbuki ABŞ Konstitusiyasına əsasən, müvafiq səlahiyyətlər Konqresə məxsusdur. Demokratlar Konqresə nəzarəti ələ keçirəcəkləri təqdirdə, ABŞ-ın siyasəti dörd əsas istiqamət üzrə dəyişə bilər.

Birinci istiqamət İranla müharibənin məhdudlaşdırılmasıdır. Tramp fevralın 28-də Konqresin əvvəlcədən razılığını almadan hərbi əməliyyatlara başlayıb. İkinci istiqamət Ukraynaya dəstəyin bərpa edilməsidir. Tramp Kiyevə birbaşa maliyyə və hərbi yardımın böyük hissəsini dayandırıb. Üçüncü istiqamət İsrailə yardımın yenidən nəzərdən keçirilməsidir. Qəzzada müharibə, on minlərlə fələstinli mülki şəxsin həlak olması və İordan çayının işğal altındakı Qərb sahilində zorakılıq halları səbəbindən demokratlar arasında İsrailə dəstək azalıb. Dördüncü istiqamət hərbi xərclərin azaldılması və beynəlxalq yardımın bərpa edilməsidir. Tramp müdafiə büdcəsinin 67 faiz artırılaraq 1,5 trilyon dollara çatdırılmasını təklif edib".

Tarix
2026.10.26 / 07:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla