Yuxarı

Maşın bazarında durğunluq yaşanır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşın bazarında durğunluq yaşanır - Video

Payız mövsümünün gəlməsi ilə avtomobil bazarında durğunluq yaşanır.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, satıcılar alıcıların azalmasına baxmayaraq, qiymətlərdə ciddi dəyişikliyin olmadığını bildiriblər.

Maşın almaq istəyənlərin əsas seçimi isə mühərriki kiçik, yanacağa qənaət edən və daha çox Çin istehsali olan avtomobillərdir.

Hazırda avtomobil bazarında satıcı çox, alıcı isə çox azdır.

Satıcılar avtomobillərini günlərlə satışa çıxarsalar da, real alıcı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Xüsusilə payızın gəlişindən sonra bazarda alıcılıq qabiliyyətinin zəiflədiyi bildirilir.

Satıcılar deyirlər ki, qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmur. Alıcı az olsa da, avtomobil sahibləri qiymətləri kəskin endirməyə tələsmirlər. Belə vəziyyətdə bazarda əsas sual budur: alıcılar hansı avtomobilləri axtarırlar?

Bazarda olan azsaylı alıcıların bir qismi geniş salona və çətin hava şəraitində istifadəyə uyğun avtomobillərə üstünlük verir.

Alıcılar seçim edərkən daha çox yanacaq sərfiyyatını, avtomobilin saxlanma xərcini və qiymətini nəzərə alırlar. Satıcılar hesab edirlər ki, Yeni il öncəsi bazarda nisbətən də olsa canlanma ola bilər.

Tarix
2026.10.26 / 09:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla