Yuxarı

“Kristal”ın külli miqdarda vergi borcu var? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kristal”ın külli miqdarda vergi borcu var? – Rəsmi

Son günlər bəzi media resurslarında “Kristal”ın guya külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yenidən yayımlanmaqdadır.

Axar.az xəbər verir ki, bu barədə Kristal Bakı ASC-nin yaydığı məlumatda bildirilib.

Şirkət qəti şəkildə bəyan edib ki, Kristal Bakı ASC-nin dövlət büdcəsi qarşısında hər hansı vergi borcu mövcud deyil. Şirkətimiz vergi öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və tam şəkildə yerinə yetirir:

"Təəssüf ki, bəzi media nümayəndələri müxtəlif hüquqi şəxsləri Kristal ilə eyniləşdirərək, həmin şirkətlərə aid olduğu iddia edilən vergi borclarını əsassız şəkildə şirkətimizin adına çıxarırlar. Xüsusi olaraq vurğulayırıq ki, şirkətimizə aid olmayan hüquqi şəxslərin vergi borclarının Kristal Bakı ASC-yə aid edilməsi yolverilməzdir.

Qeyd edirik ki, şirkətimizə bununla bağlı daha əvvəl də media sorğusu ünvanlanmış və həmin sorğuya rəsmi qaydada ətraflı cavab verilmişdir. Buna baxmayaraq, eyni məzmunlu əsassız məlumatların təkrar yayımlanması ciddi narahatlıq doğurur.

Bildiririk ki, Kristal Bakı ASC-nin vergi borcunun olub-olmaması barədə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq açıq informasiya resursları vasitəsilə yoxlamaq mümkündür. Media nümayəndələrini məlumatları dərc etməzdən əvvəl onların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa çağırırıq.

Şirkətimizin işgüzar nüfuzuna xələl gətirən, ictimaiyyətdə yanlış təsəvvür formalaşdıran və həqiqətə uyğun olmayan məlumatların yayılmasını qəbuledilməz hesab edirik. Bu cür məlumatların yayılmasına görə məsuliyyət daşıyan şəxslərə və media qurumlarına münasibətdə şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edəcək, məhkəmə qaydasında müvafiq tələblər irəli sürəcəkdir. Kristal öz fəaliyyətində şəffaflıq, qanunvericiliyə riayət olunması və ictimaiyyətin düzgün məlumatlandırılması prinsiplərini rəhbər tutur. Şirkətimizin işgüzar nüfuzunun qorunması istiqamətində bütün qanuni hüquqlarımızdan istifadə etməkdə qətiyyətliyik".

Tarix
2026.10.26 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla