Yuxarı

Tiktokda canlı yayım açan müəllim işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktokda canlı yayım açan müəllim işdən çıxarıldı

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib.

Axar.az xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoji etika normalarına ziddir:

"Günay Məmmədovanın məktəbdə canlı yayımlar açaraq tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməzdir. Bu hallar və qanunvericiliyin tələbləri nəzərə alınaraq müəllimin əmək müqaviləsinə xitam verilib".

İdarədən bu cür hallara qarşı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirilib.

Qeyd edək ki, G.Məmmədova məktəb direktorunun otağına daxil olaraq Tiktokda canlı yayım açmış və müxtəlif iddialar səsləndirmişdi.

Tarix
2026.10.26 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla