Yuxarı

Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti

Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizim nəsil aktyorlar gedir. Gözləyirəm, hələ mənim vaxtım çatmır. Rasim yaxşı insan idi. Elə istedadlar var ki, həyatda özünü çox pis insan kimi göstərir. Əlbəttə ki, onlar da öləndən sonra tərifləyəcəklər, bu məlumdur. Amma Rasim necə gözəl aktyor idisə, elə də insan idi. Onunla institutda da çalışmışam. Heyif ondan. Çox əziyyət çəkdi.

Kult.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xxalq artisti Elmira Şabanova deyib.

"İstedadlı yaşlı insanlar həyatdan köçür. Gənc sənətkarlar yaşayıb yaratsınlar. Bizim bəxtimiz gətirib ki, istedadlı müəllimlərlə işləmişik: Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov...

Mehdi Məmmədov Rasimgilin kursunun rəhbəri idi. Mən də yeni dərs deməyə gəlmişdim. Əliabbas Qədirov, Mikayıl Mirzə, Rasim Balayev kimi sənətkarlara dərs deyirdim. Mən Rasimdən təxminən 8 yaş böyüyəm. Biz yaxşı dövrdə yaşamışıq. Rasim Balayev Kinoittifaqda çalışdığı dövrlərdə xarici ölkələrə gedirdik, səfərlərimiz çox olurdu. İndi Kinoittifaq yoxdur ki...

Rasim bu işə çox can yandırırdı. Mən də orada üzv idim. Söhbət 80-ci illərdən gedir. Bir müddət sonra məlum məsələlərə görə oradan çıxdım. Rasim yaradan aktyor idi", - xalq artisti vurğulayıb.

Elmira Şabanova bildirib ki, hər sənətkarın öz yolu, izi var:

"Bizim sənətdə hamı "yek", ulduz olmaq istəyir. Ələlxüsus da aktrisalar. Azərbaycanda yalnız bunlar səs salmalı idilər. Qalan hər kəsə badalaq verirdilər. Yuxarılarda heç vaxt adamım olmayıb. Nə qazanmışamsa, öz gücümə qazanmışam. Bu gün efirlərə çıxmıram. Sağ olsunlar, dəvət edirlər. Mən əgər "yox" dedimsə, demək ki, vəssalam. Mənə elə gəlir ki, telekanallar məndən inciyiblər. Çünki nə filmlərimi, nə televiziya tamaşalarımı göstərirlər. Göstərin də, özümlə qəbirə aparmayacağam".

Tarix
2026.03.31 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla