Yuxarı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

Siyasi iradə və konstruktiv mövqe ilə anklav məsələsinin həlli mümkündür: bunlardan biri də onları geri - sərhədə yaxınlaşdırma variantı ola bilər.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni siyasi şərhçi Tatul Akopyan deyib.

O bildirib ki, anklav məsələsi sərhədə yaxın ərazilərin verilməsi ilə həllini tapa bilər:

“Artsvaşen (Başkənd – red.) Ermənistanın Vahan kəndinə yaxınlaşdırılır. Kərki Sədərəyə yaxınlaşdırılır, magistral yol tamamilə Ermənistan ərazisində qalır. Sofulu–Bərxudarlı məsələsində problem mürəkkəbləşir. Belə ki, bu iki kəndi Ağstafa su anbarı istiqamətinə doğru geri çəkdiyimiz zaman ermənilərin Kayan yaşayış məntəqəsi ləğv edilmiş olur, əhali köçürülür. Azərbaycanla onun əsas ərazisi arasında erməni yaşayış məntəqəsinin yerləşdiyi yeganə anklav Sofulu–Bərxudarlıdır”.

T.Akopyan vurğulayıb ki, Yuxarı Əskipara məsələsi daha mürəkkəbdir:

“Əgər onu geri çəkərək artıq Azərbaycanın tərkibinə qaytarılmış Bağanis-Ayırım, Aşağı Əskipara və digər kəndlərlə birləşdirsək, Əskipara–Bağanis dövlətlərarası yolunu itiririk. Bundan əlavə, Azərbaycan Ermənistan ərazisində bir neçə kilometr uzunluğunda çıxıntıya sahib olur. Bu çıxıntı Ermənistan ərazisinin o qədər dərinliyinə uzanır ki, Əskipara ilə Bağanis arasında hər hansı yolun saxlanılması, demək olar ki, mümkünsüzləşir”.

Erməni siyasi şərhçi qeyd edib ki, anklavlar məsələsini sülh və konstruktiv şəraitdə, danışıqlar masası arxasında həll etmək mümkündürsə, bunu etmək lazımdır.

Tarix
2026.10.16 / 10:27
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla