Yuxarı

Ukraynanın məxfi planı: Hələ Zelenski icazə verməyib...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın məxfi planı: Hələ Zelenski icazə verməyib...

Süni intellekt əsasında idarə olunan yeni ixtisaslaşmış dronlar Rusiya ərazisinə zərbələr endirmək üçün daha aqressiv kampaniyada istifadə oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə “Atlantik” jurnalının jurnalisti Saymon Şusterin məqaləsində bildirilib.

Şusterin xatırlatdığına görə, oktyabrın 8-dən bəri Rusiyanın ən azı dörd məlumat mərkəzi vurulub. Ötən həftə isə Rusiya hakimiyyəti dron hücumları səbəbindən Moskva hava limanlarından 345 reysi eyni vaxtda ləğv etməyə məcbur olub.

Jurnalistin sözlərinə görə, Rusiyaya qarşı bu hava kampaniyasının iki ukraynalı “memarı” bildirib ki, baş verənlər yalnız başlanğıcdır.

Belə ki, Ukrayna indiyədək uzaqmənzilli dronlardan yalnız hava limanlarının ətrafında Rusiya hava məkanının bağlanmasına nail olmaq üçün istifadə edib, lakin həmin hava limanlarına birbaşa zərbələr endirməyib. Bu həftəsonu baş verən hadisələrdən biri zamanı vurulmuş Ukrayna dronunun qalıqlarının Soçi hava limanının ərazisinə düşdüyü və inzibati binada yanğına səbəb olduğu bildirilir.

O qeyd edib ki, Zelenski hələlik hərbçilərinə daha aqressiv taktikanı həyata keçirməyi nəzərdə tutan “M&M” adlı məxfi əməliyyatın ilkin planını reallaşdırmağa icazə verməyib:

“Planın müəlliflərinin sözlərinə görə, daha iddialı variant Rusiya hava hücumundan müdafiə sistemlərindən yayınmaq və Moskva da daxil olmaqla, digər şəhərlərdəki hava limanlarına zərbələr endirmək məqsədilə süni intellektlə idarə olunan dronlardan istifadəni nəzərdə tutur”.

Planın müəlliflərindən biri bu dronların yaxın vaxtlarda geniş miqyasda istehsal olunacağını da təsdiqləyib.

Tarix
2026.10.16 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla