Yuxarı

Ukrayna "Starlink"i niyə tam əvəz edə bilmir? - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna "Starlink"i niyə tam əvəz edə bilmir? - Ekspert

“Starlink” texnologiyası qiyməti, sürəti, terminalın çəkisi və ölçüləri baxımından Ukrayna üçün ən optimal, məqsədəuyğun və səmərəli variantdır. Digər alternativlər ya daha az etibarlı və səmərəlidir, ya da xeyli bahadır.

Axar.az xəbər verir ki, bu fikri ukranalı aviasiya eksperti, silahların və ən yeni texnologiyaların inkişafı üzrə mütəxəssis Boqdan Dolintse bildirib.

O qeyd edib ki, “Meş” modemlərin əsas problemi onların rabitə məsafəsi və çəkisidir:

“Əgər söhbət orta mənzilli zərbə dronlarından gedirsə, onların faydalı yükünün çəkisinə daha ciddi məhdudiyyətlər qoyulur. İkincisi, bu modemlər kifayət qədər bahadır və bu da orta mənzilli zərbə dronlarının istifadəsinin iqtisadi səmərəliliyinə ciddi təsir göstərir. Çünki “Meş” modemlərindən istifadə edən şəbəkənin qurulması “Starlink” terminallarından istifadə ilə müqayisədə xeyli baha başa gəlir”.

Dolintse uzaqmənzilli silahlarda “Meş” modemlərindən istifadə məsələsinə toxunaraq bildirib ki, belə hallarda bu modemlər də, “Starlink” kimi, rasional həll yolu hesab edilə bilməz:

“Xüsusilə söhbət 1000 kilometrdən artıq məsafədəki hədəflərə zərbələrdən gedirsə... Çünki “Meş” modemlərinin rabitə məsafəsi, bir qayda olaraq, 200–300 kilometri keçmir. Bu isə düşmənin hava məkanında ən azı onlarla işlək pilotsuz uçuş aparatının (PUA) olmasını tələb edir. Həmin zəncirdə iki-üç PUA məhv edilərsə, qalanlarının hamısı ilə rabitə tamamilə itiriləcək”.

Dolintse həmçinin “OneWeb” adlı qlobal aşağı orbitli peyk interneti sistemi barədə danışıb. O xatırladıb ki, bu sistem Fransanın “Eutelsat” peyk rabitəsi xidmətinin bazasında fəaliyyət göstərir:

“Bu, təxminən, 650 peykdən ibarət Avropa şəbəkəsidir. Halbuki “Starlink” şəbəkəsində təxminən 10 000 peyk var. Yəni başa düşürük ki, “OneWeb”in əhatə sıxlığı təxminən 20 dəfə azdır, sürəti, etibarlılığı və iş səmərəliliyi də daha aşağıdır”.

Tarix
2026.10.16 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla