Yuxarı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla başa çatması bütün Asiya boyu regional dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın inkişaf etdirilməsində mühüm mərhələdir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) X hesabında edilən paylaşımda bildirilib.

XİN görüşün əsas nəticələrini sıralayıb: Bakı Bəyannaməsinin və Əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə bəyanatln qəbul edilməsi; Laos Xalq Demokratik Respublikasının AQEM-ə tamhüquqlu üzv olması; Azərbaycanın sədrliyinin 2026–2028-ci illər üçün uzadılması; Səfir Sultan Hacıyevin 2026–2030-cu illər üçün AQEM-in Baş Katibi təyin edilməsi; Kambocanın ratifikasiyası ilə AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi prosesinin tamamlanması; Asiyada çoxtərəfliliyə, qarşılıqlı əlaqələrə, sülh və təhlükəsizliyə yenilənmiş sadiqlik.

"Azərbaycan daha dinc və firavan Asiyaya doğru dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi AQEM-in gücləndirilməsinə sadiq qalır", - paylaşımda qeyd olunub.

Tarix
2026.10.16 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla