Yuxarı

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri ilkin variantla müqayisədə 20 milyon manat artırılıb.

Axar.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat (2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən 1,7% çox), xərclərinin isə ilkin variantdakı kimi 42 milyard 400 milyon manat (+1,7%) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7% çoxdur.

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə ilkin variantla müqayisədə 10,4 milyon manat çox - 47 milyard 619,2 milyon manat, xərclərinin isə 9,6 milyon manat az - 50 milyard 377,1 milyon manat olacağı gözlənilir.

Bunlar 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9% və 3,1% çoxdur.

Son nəticədə icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 28,7% azdır.

Tarix
2026.10.16 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla