Yuxarı

Kremldə müəmmalı hərəkətlilik: Kortejlər bir-birini əvəz edir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldə müəmmalı hərəkətlilik: Kortejlər bir-birini əvəz edir...

Moskvada Kremlin ərazisində axşam saatlarından başlayaraq qeyri-adi hərəkətlilik müşahidə olunur. Rusiya rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinə məxsus olduğu bildirilən avtomobil kortejləri ard-arda Kremlə gəlib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Baş nazir Mixail Mişustin gec saatlara qədər Kremldə qalıb. Onun avtomobil korteji yalnız gecə saatlarında ərazini tərk edib. Həmin vaxt daha azı üç kortejin Kremldə gözlədiyi bildirilib.

Mişustinin gedişindən sonra güc strukturlarının rəhbərlərinə məxsus olduğu ehtimal edilən avtomobil kortejləri Kremlə daxil olmağa başlayıb. Onlardan birinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktorunun kortejinə bənzədiyi qeyd olunur.

Eyni zamanda, Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətinə məxsus olduğu bildirilən zirehli avtomobilin Kremldən çıxaraq körpü istiqamətində hərəkət etdiyi müşahidə edilib.

Kremldə gecə saatlarında baş verən bu hərəkətliliyin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. Yüksək vəzifəli şəxslərin fövqəladə toplantıya çağırılıb-çağırılmadığı da məlum deyil.

Tarix
2026.10.16 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla