Yuxarı

Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat

SSRİ miqyasında "Yeddi oğul istərəm" ən çox valyuta gətirən 10 filmin içərisində birinci idi. "Sovetskiy ekran" jurnalında bu barədə yazılmışdı. Dünyanın elə qitəsi yox idi ki, o film orada nümayiş olunmasın.

Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Rafiq Əzimov Musavat.com-a deyib.

"O vaxt bizə deyirdilər ki, əgər o valyutanın bir faizi "Azərbaycanfilm"ə verilsəydi, kinostudiyanın qapıları qızıldan olardı. Amma çifayda, belə olmadı...

O vaxt Bondarçuk (Sergey Bondarçuk - sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti - red.) çəkilişdən sonra gedib SSRİ bankına, pulunu alsın. Xruşşovun dövrü idi. Deyiblər nə pul? Xruşşova şikayət yazır ki, mən İtaliyada film çəkmişəm, valyutamı vermirlər. Xruşşov o vaxt onu partiyadan çıxartmaq istəyirdi. Deyib, bankda olan pullar tək sizin deyil, SSRİ vətəndaşlarınındır", - o bildirib.

Xalq artisti qeyd edib ki, onlar həmin vaxt pul haqqında düşünmürdülər:

"İnanın mənə. Hətta o vaxt bu məsələ lətifəyə çevrilmişdi, mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat. İndi durumu təsəvvür edin. Amma bu günə qədər biz pul haqqında düşünmədik. Cavanlıqda "Torqovı"ya (Nizami küçəsinə) çıxanda bizi barmaqla göstərirdilər. "Velikolepnaya semyorka" (Möhtəşəm yeddilik) deyirdilər. Amma 30-cu illərdə Səməd Vurğun "Komsomol" poemasını yazanda nə "Yeddi samuray" var idi, nə də "Velikolepnaya semyorka". Bizi görənlər filmdəki adımızla göstərirdilər ki, bax, Şahsuvardır, ya digərləri...

Nə yaxşı ki, biz o günləri yaşadıq. Yaşamasaydıq, görməsəydik, bəlkə də bu sənətə gəldiyimizə peşman olardıq. Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məhərrəm Haşımov kimi müəllimlərimiz olub".

Tarix
2026.03.31 / 17:30
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla