Yuxarı

Səməd Vurğunun “Pobeda”sı Bakıya gətirildi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Vurğunun “Pobeda”sı Bakıya gətirildi - Video

Xalq şairi Səməd Vurğunun 1975-ci ildən qarajda istifadəyə yararsız halda saxlanılan avtomobili illər sonra bərpa edilərək Bakıya gətirilib.

Kult.az İTV-yə istinadən xəbər verir ki, avtomobil Səməd Vurğunun 120 illik yubileyinə həsr olunaraq bərpa edilib.

Qazaxlı professor İlham Pirməmmədov bildirib ki, bu məsələni Səməd Vurğunun gəlini Nüşabə xanım qaldırıb:

“Ağlıma gəlməzdi ki, Səməd Vurğunun 1950-ci ildə aldığı və sadəcə 5 il istifadə edə bildiyi bu maşında mən otura bilərəm. Bu, həyatımda yaddan çıxmayan günlərdən biri olacaq. Bir neçə il bundan əvvəl Səməd Vurğunun gəlini, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım məsələ qaldırdı ki, vaxtilə Xalq şairinin “Pobeda” maşını olub və onu Gürcüstanda qoyub. Bundan sonra Gürcüstandakı səfirimiz Faiq Quliyev proseslərə qoşulub.

Məlum olub ki, Səməd Vurğun 1955-ci ildə Gürcüstanda olarkən xəstəliyini hiss etdiyi üçün maşınını xalası oğluna bağışlayıb. Şairin vəfatından sonra isə bu fakt uzun illər diqqətdən kənarda qalıb. Maşının texniki pasportunda da Səməd Vurğunun adı yazılıb”.

Qeyd edək ki, sözügedən avtomobil şairin təhsil aldığı Müəllimlər Seminariyasının Qazax filialının ADA korpusunda yerləşən mərkəzinə veriləcək.

Tarix
2026.05.28 / 14:08
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla