Yuxarı

Piri-mürşüdün ölümündən öncəki son sözləri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Piri-mürşüdün ölümündən öncəki son sözləri

“Bu dünya heç kimə baqi olmaz. Biz də bu dünyada öz növbəmizi yaşadıq və indi Haqqa qovuşmaq zamanıdır. Ruhumuz o uca dərgaha təslimdir” - Şah İsmayıl Xətai.

23 may 1524-cü il. Təbriz yaxınlığındakı Sərab şəhəri.

22 mayda ölümünün yaxınlaşdığını hiss edən Səfəvi xanədanının 37 yaşlı Türkü-tacidarı, onu sevənlərin Piri-mürşüdü Əbül-Müzəffər İsmayıl ibn Heydər əs-Səfəvi, I Şah İsmayıl dövlətin böyüklərini, qızılbaş əmirlərini yanına çağırır. Cəmi 10 yaşında olan oğlu Təhmasib Mirzəni özünün vəliəhdi elan edir. Əmirlərə üzünü tutaraq, ölkənin bütövlüyünü qorumağı və gənc şaha sadiq qalmağı vəsiyyət edir

23 mayda səhərə yaxın son nəfəsində Şah oğlu Təhmasibə, “Gözümün nuru, çıx bayıra, mən getməliyəm”, - deyir, kəlmeyi-şəhadət gətirərək canını Tanıya verir və beləcə Səfəvi dövlətinin qurucusu rəhmətə gedir.

“Rövzətüs Səfəviyyə” əsərinin məlumatına görə, Şah İsmayılın dünyasını dəyişməsi insanları və bütün səltənət əyanlarını üzüntülü bir dərdə bürüdü, ümumi bir çarəsizlik və hərəkətsizlik hamıya sirayət etdi.

Şah İsmayıl mayın 23-də vəfat etsə də, onun ölüm xəbəri dərhal xalqa və orduya elan edilmədi. Çünki dövlətin qurucusunun 37 yaşında qəfil ölümü Osmanlı və Özbək xanlıqlarının hücumuna rəvac verə bilərdi. Bir müddət gizlilik saxlanıldı və yalnız Təhmasib Mirzənin taxta çıxma hazırlıqları tamamlandıqdan sonra ölüm rəsmən elan olundu.

“Xülasətüt-təvarix”də qeyd edilir ki, Əmir Camaləddinin rəhbərliyi altında Şah İsmayılın nəşi yuyulub kəfənə büründü və dəfn namazı qılındı. Sonra da Şah İsmayılın nəşi Əmir Camaləddinin rəhbərliyi, sufilər dəstəsinin və qorçuların müşayiəti ilə Ərdəbilə yola salındı. O, Şeyx Səfi türbəsində ulu əcdadı Şeyx Səfiəddinin qəbri yanında dəfn edildi.

Nəşin Ərdəbilə daxil olması ilə şəhərdə böyük bir matəm başladı. Salnaməçilər yazır ki, qızılbaş əmirləri, əsgərlər və sadə xalq başlarına kül tökür, geyimlərini cırır və fəryad edirdilər.

“Həbibüs-siyər”də yazılır ki, dövlətin tanınmış əyanlarından olan Div Sultan Rumlu, Köpək Sultan Ustaclı və digərləri baş vermiş bu itki ilə barışmağa və Şah İsmayılın dəfn edilməsinin qaçılmaz olduğunu insanlara anlatmağa çalışdılar.

Bundan sonra Şah İsmayılın dəfn mərasiminə başlandı. Şah İsmayılın dəfn mərasiminə Astrabaddan olan dini işlər sədri Əmir Camaləddin Məhəmməd rəhbərlik edirdi. Ölkənin ən nüfuzlu, ən hörmətli din xadimləri, dövlətin əmirləri, əyanları, sufi xəlifələri və müridləri bu mərasimdə iştirak edirdilər.

Dəfn mərasimindən sonra şahın ruhuna dualar oxundu, günlərlə Ərdəbil xanəgahında yoxsullara, dərvişlərə və zəvvarlara böyük ehsanlar verildi, sədəqələr paylandı.

Səfəvi ideyaları qlobal bir ideya idi, lakin bu ideyalar başqaları tərəfdən həm oğurlandı, həm də təhrif edildi.

Şah babam 24 illik hakimiyyəti dövründə 14 əyalət fəth edib və böyük türk coğrafiyasında milli dövlət qura bilib.

Ruhuna fatihə!

Tarix
2026.05.23 / 23:07
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla