Yuxarı

Kamal Abdullanın cavabı: Restoranda qab yumaq yaxşıdır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullanın cavabı: Restoranda qab yumaq yaxşıdır?

Çox təəssüf edirəm ki, mənim dediyim fikirləri ümumi kontekstdən çıxarıb, fərqli istiqamətdə yozmağa çalışırlar və yarımçıq mətnə münasibət bildirməklə, özlərini də yarımçıq duruma salırlar.

Bu sözləri Kult.az-a açıqlamasında xalq yazıçısı, akademik Kamal Abdulla müsahibəsində qadınlarla bağlı sözlərinin yanlış anlaşılması haqda danışarkən deyib.

Kamal Abdulla bildirib ki, qadının övladlarını tərbiyə etməsi barədə sözlərindən bəzilərinin niyə narahat olması anlaşılan deyil:

“Əvvəla, qadının ən müqəddəs missiyası ana olmaq və yüksək əxlaqlı övlad tərbiyə etməkdir. Ananı ailədə və mətbəxdə heç kim heç vaxt əvəz edə bilməz. Həmçinin bir ananın öz ailəsinə özünün hazırladığı yeməyi verməsindən gözəl heç nə yoxdur. Ananın nəzarətində övladlar daha yaxşı tərbiyə alır, daha yaxşı qidalanır, daha sağlam olurlar. Mən bunları nəzərdə tuturam. Əlbəttə, o müsahibədə də vurğulamışam ki, xüsusi istedadlı qadınlar müxtəlif sahələrdə özünü göstərə bilər. Görünür, həm də mənim səhvimdir ki, müsahibəni oxuyanların heç də hamısının arif olmadığını hesablamamışam.

İndi sizə bir müqayisə verim: kişilər hamısı xüsusi istedad sahibləridir? Əlbəttə ki, yox. Kişilərə dülgər, fəhlə, qarovulçu, bağban, çəkməçi, papaqçı, suvaqçı, bənna və s. olmaq tövsiyə ediləndə, bu, etirazlara səbəb olmur, çünki bu sadalananlar cəmiyyətə lazımdır, vacibdir, bunlarsız yaşamaq olmaz, ancaq qadına “ana olub, övladlarını böyütməlidir, onları yaxşı qidalandırmalıdır” deyəndə “gender bərabərliyi” pozulmuş olur? Bəs evdə ana olmayanda, düşünmürsünüz ki, övlad tərbiyəsi də çətin olur? Evin xanımının mətbəxdə olmadığı halda ailənin sağlam olmayacağını doğrudanmı anlamaq istəməyənlər var?

Ailənin bölgüsü var, ailədə kişi və qadın öz missiyalarını doğru-dürüst yerinə yetirərlərsə, həm cəmiyyətə xeyirli olarlar, həm də gözəl övladlar yetişdirərlər. Bu bölgünü vurğulayanda niyə əks-reaksiya doğurur?

Bir daha deyirəm ki, bəli, fitri istedadı olan xanımlar müxtəlif sahələrdə bir çox uğura imza atırlar. Ancaq bu, heç də bütün xanımlara aid deyil və bir xanım, məsələn, Şəfiqə - Axundova və ya Məmmədova - deyilsə, dülgər, ofisiant yox, evdə ailənin dayağı olsa yaxşıdır. Baxmayaraq ki, xüsusi istedad sahibi olan xanımlarımızın da mətbəxdə yerini hər zaman xüsusi qabardırıq. Ölkəmizin taleyində, gündəlik həyatında və siyasətində mühüm rol oynayan xanım belə həftədə bir dəfə ailə üçün yeməyi özü hazırladığını bir neçə dəfə nümayiş etdirib. Bu, ailə dəyərlərini qorumaqdır və hər kəs ondan nümunə götürməlidir.

O ayrı söhbət ki, xanımların müxtəlif sahələrdə işləməsi də mümkündür və bu da yalnız ailənin qorunması naminədir. İndi siz özünüz deyin - evin kişisi evin xanımını evə, övladlarına və mətbəxə istiqamətləndirsə, digər bütün maddi qayğıları özü çəksə yaxşıdır, yoxsa ana hansısa restoranda qab yumağa məcbur qalsa?”

Tarix
2026.05.21 / 15:55
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla