Yuxarı

Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama

Paytaxtın Nərimanov rayonunda piyadaların sərbəst və təhlükəsiz hərəkətini məhdudlaşdıran obyekt sakinlərin narazılığına səbəb olub. Belə ki, Xan Şuşinski küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən obyekt səkinin üzərində inşa edilib.

Axar.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Məsələ ilə bağlı şikayətini bildirən vətəndaşın sözlərinə görə, tikili hətta işıqforun da qarşısını kəsib.

Məsələnin hüquqi tərəflərini şərh edən hüquqşünas Vüsal Cəfərov bildirib ki, tikinti işləri aparılmaqla səkilərin zəbt olunması Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, müfəssəl planın pozulması deməkdir.

Hüquqşünasın sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 394-cü maddəsinə əsasən, belə bir əməli törətmiş fiziki şəxslər 300 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər, hüquqi şəxslər isə 15 min manatdan 25 min manata qədər cərimə oluna bilərlər.

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən isə qeyd olunub ki, sözügedən tikili uzun illər öncə inşa edilib: "Həmin obyektin sökülməsi yalnız məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilə bilər".

Tarix
2026.05.30 / 22:38
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla