Yuxarı

Tovuzda 26 yaşlı qadın itkin düşdü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzda 26 yaşlı qadın itkin düşdü - Foto

Tovuz rayonunda 26 yaşlı qadın itkin düşüb.

Axar.az APA-ya istinadən xəbər verir ki, üç uşaq anası olan Lamiyə Cəlilova avqustun 6-da saat 10:00-11:00 radələrində Qazıqulu kəndində yerləşən ata evindən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınlarının sözlərinə görə, Öysüzlü kənd sakini, 26 yaşlı Lamiyə Cəlilova bir müddət əvvəl Qazıqulu kəndindəki ata evinə gəlib və sonuncu dəfə də burada görülüb. Yaxınları bir müddət sonra Lamiyənin evdə olmadığını müəyyən edərək, onun axtarmağa başlayıblar.

Anasının sözlərinə görə, qızının itkin düşməsi ilə bağlı dərhal polisə məlumat verilib.

Hazırda Lamiyə Cəlilovanın tapılması istiqamətində Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış tədbirləri davam etdirilir.

Ailə üzvləri Lamiyə Cəlilova barədə hər hansı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara məlumat vermələrini xahiş edirlər.

Tarix
2026.08.17 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla