Yuxarı

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Avrasiya İqtisadi İttifaqı “Rusiya və onun tərəfdaşları” klubuna bənzəyir. Rusiya rəsmiləri bir ağızdan deyirlər ki, Ermənistan Avropa Birliyinə inteqrasiya siyasətindən imtina etməzsə, Avrasiya İqtisadi İttifaqından çıxarılacaq. Rusiyalı rəsmilər bu açıqlamanı verərkən, birliyə üzv olan digər dövlətlərin rəyi ilə hesablaşmırlar, onların yerinə də qərar verirlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Misal üçün, bugünə qədər Aİİ-yə üzv olan Qazaxıstan və Qırğızıstan rəsmilərindən Ermənistan hökumətinin ünvanına “üzvlükdən çıxararıq” tipli açıqlamalar verilməyib.

Buna baxmayaraq, bu dövlətlərin rəsmiləri rusiyalı rəsmilərin açıqlamalarına tərs düşən fikir də bildirmirlər. Bunun nəticəsidir ki, Astanada Aİİ-nin sammitində Ermənistanla bağlı bəyanat qəbul edilib.

Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarov Ermənistanın Avropa Birliyinə üzv olmaq planları ətrafında vəziyyəti müzakirə ediblər. Aydındır ki, Rusiya Ermənistanla bağlı qərarını o biri üzvlərə qəbul etdirib.

Avropa Birliyi sözdə yox, əməldə Ermənistan hökumətinə dəstəyini artırmasa, Kreml Ukrayna “ssenarisini” Ermənistanda təkrarlamaq istəyəcək. Vaxtilə Ukrayna məhz Avropa Birliyi ilə assosiativ saziş imzaladığına görə Kreml tərəfindən cəzalandırıldı. İndi Ermənistan hökuməti hədəfdədir. İrəvanda Avropa Siyasi Birliyinin sammitini keçirmək kifayət deyil, Brüssel Ermənistanın Baş nazir Nikol Paşinyana artan təzyiqləri neytrallaşdırmaq barədə düşünməlidir. Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır, eyni zamanda Ermənistanın kənd təssərrüfatı məhsullarının Rusiya bazarlarına girişi qadağan olunub. Avropa Birliyi öz bazarını Ermənistan kənd təssərrüfatı məhsullarına aça və bu ölkəni qazla təmin etmənin alternativlərini hərəkətə gətirə bilərmi? Bu, baş verməyəcəksə, Brüsselin və Fransa Prezidenti Emmanuel Makronun Nikol Paşinyana sözdə dəstəkləri bir qara qəpiyə dəyməyəcək”, - deyə politoloq qeyd edib.

Tarix
2026.05.29 / 19:06
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla