Yuxarı

"İstiqlalın əbədi işığı" adlı konsert proqramı keçirildi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İstiqlalın əbədi işığı" adlı konsert proqramı keçirildi

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “İstiqlalın əbədi işığı” adlı konsert proqramı baş tutub.

Kult.az xəbər verir ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova Teleqraf-a açıqlamasında konsert proqramı ilə bağlı təəssüratını bölüşüb:

“28 May - Müstəqillik Gününə həsr olunmuş “İstiqlalın əbədi işığı” adlı konsert proqramı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı şagirdlərinin Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə təqdim olunur. Bu möhtəşəm konsertin ərsəyə gəlməsində əməyi olan Azərbaycan Dövlət Kamera Orkestrinə, başda əməkdar artist, dirijor Fuad İbrahimov olmaqla təşəkkürümü bildirirəm. Məhz onun yüksək peşəkarlığı və zəngin təfsir qabiliyyəti nəticəsində uşaqlarımızın təqdim etdiyi əsərlər bu gün böyük ruh yüksəkliyi ilə səslənir.

Konsert proqramında dünya klassik musiqisinin ən məşhur və əsrarəngiz nümunələrinə müraciət etmişik. Tədbirdə məktəbin müxtəlif şöbələrinin – xalq çalğı alətləri, fortepiano və orkestr alətləri şöbələrinin istedadlı şagirdləri öz bacarıqlarını nümayiş etdirirlər. Müstəqilliyimizə həsr olunmuş bu konsert onların Vətənə olan sevgisini tamaşaçılara daha parlaq şəkildə çatdırmağa yardım edir. Şagirdlər vətən sevgisini öz musiqiləri vasitəsilə ifadə edirlər”.

Qeyd edək ki, konsert proqramında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Tarix
2026.05.21 / 19:41
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla