Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuzu keçirəcəyik. Ardınca Andorra ilə yoldaşlıq görüşümüz olacaq. Qrup liderliyini təmin etmək üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyun üslubuna yaxşı bələdik. Bakıda keçirilən görüşdə heç-heçə etmişdik. Bu dəfə doğma meydanda daha inamlı oynamağa çalışacaqlar.
Axar.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə keçiriləcək səfər oyunu barədə danışarkən deyib.
“Komandamız matça tam hazırdır, futbolçuların əhval-ruhiyyəsi yüksəkdir. Premyer Liqada gərgin mübarizə davam edir və oyunçularımız da yaxşı formadadır. İnanıram ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik”, - A.Abbasov vurğulayıb.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuzu keçirəcəyik. Ardınca Andorra ilə yoldaşlıq görüşümüz olacaq. Qrup liderliyini təmin etmək üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyun üslubuna yaxşı bələdik. Bakıda keçirilən görüşdə heç-heçə etmişdik. Bu dəfə doğma meydanda daha inamlı oynamağa çalışacaqlar.
Axar.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə keçiriləcək səfər oyunu barədə danışarkən deyib.
“Komandamız matça tam hazırdır, futbolçuların əhval-ruhiyyəsi yüksəkdir. Premyer Liqada gərgin mübarizə davam edir və oyunçularımız da yaxşı formadadır. İnanıram ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik”, - A.Abbasov vurğulayıb.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.