Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi
01:06
| Ana səhifə Gündəm |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
Axar.az xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edildi.
Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa Birliyi əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi apardılar.
|
Tarix
2026.11.13 / 01:06
|
Müəllif
Axar.az
|