Yuxarı

İranın qalib gəlməsi ehtimalı mifdir, inanmayın - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın qalib gəlməsi ehtimalı mifdir, inanmayın - Ekspert

Dünya mediasında son günlər verilən xəbərlər əsasında elə rəy yaranır ki, sanki İran müharibədə daha üstün şərtlər diktə etməyə başlayıb. Xüsusilə Hörmüz boğazının bağlanması və enerji qiymətlərinin qalxmasından sonra informasiya axınında fərqli tendensiya müşahidə edilir. Əslində isə real faktlar başqa cürdür.

Bu sözləri Axar.az-a açıqlamasında güneyli fəal və siyasi müşahidəçi Əlirza Zamani deyib.

O bildirib ki, müharibənin bir ayının nəticələrinə görə İranın itkiləri heyrətamizdir:

“İranın ali dini rəhbəri, yüksək rütbəli hərbçiləri, komandirləri öldürülüb. Ölkədə nüfuzlu və məşhur simaların böyük əksəriyyəti artıq aradan götürülüb.

Digər tərəfdən, İranın raket buraxılış qurğuları qat-qat azalıb. Müharibənin ilk günü ilə hazırkı vəziyyəti müqayisə etsək, görərik ki, İran artıq növbəti hücum dalğasını elan edərkən, bir neçə raket ata bilir. Müharibənin ilk günlərində ərəb ölkələrinə və İsrailə 150-160 raket göndərirdi, indi bu hücum 80-90% azalıb.

Bundan əlavə, İranda hər gün yüzlərlə hədəf vurulur. Bunlar təkcə hərbi obyektlər deyil, həm də həyati əhəmiyyət daşıyan infrastrukturlardır”.

Ekspert hesab edir ki, İranın “düşmən” adlandırdığı ölkələrdə vurduqları və ABŞ və İsrailin İranda etdikləri müqayisə edilməyəcək qədər fərqlidir:

“Nəticələr göstərir ki, İran həqiqətən çətin vəziyyətdədir. Müharibədən çıxmağa çalışır, amma ABŞ və İsrail müharibəni sona çatdırmağa tələsmirlər. Ehtimal var ki, bu günlərdə quru əməliyyatı başlasın. Artıq Xark adasının işğalı nəzərdən keçirilir.

Müharibənin nəticəsi nə olacaq, bilmirəm, amma görünən odur ki, İran ağır itkilər verib və bu itkilərin bərpası, hələ müharibə bu gün dayansa, 30-40 il çəkəcək”.

Əlirza Zamani vurğulayıb ki, İran cəmiyyətinin hakimiyyətin ətrafında birləşdiyi haqda iddialar da doğru deyil:

“Mən güneyli kimi deyirəm ki, bu iddialar həqiqəti əks etdirmir. Əksinə, cəmiyyət müharibənin səbəbini elə İran rejiminin özündə görür”.

Tarix
2026.04.01 / 08:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla