Yuxarı

Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir - Rejissor

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir - Rejissor

Bu gün uzun götür-qoydan sonra bəlkə də radikal görünən bir addım atdım: Rəşad Əhmədzadə ilə yollarımı ayırıram və boşanmaq üçün müraciət etmişəm.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva sosial şəbəkə hesabında qeyd edib.

“Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il müddətində həmişə yaxşı həyat yoldaşı olub. Qayğıkeşliyi, ədaləti və xeyirxahlığı ilə məni özünə heyran edib. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir. Amma buna məcburam. Beş ilə yaxındır ki, məhz mənə görə, müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir və səhhətində ciddi problemlər yaranıb. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz.

R.Əhmədzadə mənim bu addımımı xoş qarşılamasa da, seçimimə hörmətlə yanaşdı.

Mənə və ailəmə təzyiqlər edən şəxslər haqqında qısa zamanda ətraflı məlumatlar paylaşacam. Çünki səbr kasam dolub. İstəyirəm ki, siz də o adamları tanıyasınız. Davamı olacaq”, - o bildirib.

Tarix
2025.11.12 / 15:43
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla