Yuxarı

Prezidentin tələbi: bu “qaimə” hər şeyi üzə çıxartdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin tələbi: bu “qaimə” hər şeyi üzə çıxartdı - Foto

Tanıdığım bir adam evinin təmiri üçün alış-veriş edərkən ana dilimizə 34 illik müstəqillik yolundan sonra da davam edən sayğısızlığa dözə bilməyib və narazılığını mənə yazıb.

Kult.az xəbər verir ki, bu barədə xalq şairi, Azərbaycan Dil Qurumunun sədri Sabir Rüstəmxanlı bildirib.

O, müraciətin mətnini sosial şəbəkə hesabında paylaşıb. Müraciətdə qeyd edilir:

“Bu sənəddə diqqət çəkən iki ciddi məsələ mövcuddur. Birincisi, qaimənin (xərclər sənədinin) rus dilində tərtib olunmasıdır. Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanununa əsasən, ölkədə fəaliyyət göstərən bütün müəssisə-təşkilatlar rəsmi sənədləşməni dövlət dilində aparmalıdırlar. Bu qaimənin rus dilində hazırlanması həm hüquqi, həm də dilimizin dövlət idarəçiliyində və ticarət dövriyyəsində rolunun azaldılması baxımından dilimizə hörmətsizlikdir.

İkinci problem sənəddə qeyd olunan avadanlıqların adlarının indiyədək Azərbaycan dilində müəyyən edilməməsi və yad dildə göstərilməsidir. Əgər bu avadanlıqların dövlət reyestrində və ya texniki təsnifat sistemində Azərbaycan dilində qarşılığı artıq mövcuddursa, o zaman həmin adların sənədlərdə istifadəsinin olmaması məsuliyyətsizlikdir. Əgər hələ qarşılıqlar müəyyən edilməyibsə, bu da ayrıca problem kimi qalır və müvafiq qurumların — özəlliklə Terminalogiya Komitəsinin və Standartlaşdırma, Metrologiya və Patent üçün Dövlət Komitəsinin bu istiqamətdə işini sürətləndirməsi vacibdir.

Prezident İlham Əliyev Akademiyadakı çıxışında vurğuladı ki, dilimizin saflığının qorunması hər bir azərbaycanlının borcudur.

Sənədlərin dövlət dilində tərtib edilməməsi və texniki adlandırmaların milli dilimizdə olmaması Prezidentin apardığı milli dil siyasətinə ziddir.

Azərbaycan dilinin iqtisadi-texniki sahələrdə işlənməsi yalnız dil siyasətinin tələbi deyil, həm də milli kimliyimizin qorunması deməkdir. Buna görə də hər bir kommersiya sənədi, o cümlədən qaimələr yalnız Azərbaycan dilində tərtib edilməli və malların adları Azərbaycan terminologiyasına uyğun yazılmalıdır. Bu yanaşma həm hüquqi cəhətdən, həm də ictimai-mədəni baxımdan əsaslıdır”.

Sabir Rüstəmxanlı qeyd edib ki, dövlət idarələri və kommersiya təşkilatları vətəndaşın bu və buna bənzər iradlarını diqqətlə nəzərə almalıdırlar.

Tarix
2025.11.10 / 20:59
Müəllif
Kult.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla