Yuxarı

Senatorlardan İranda məktəbə hücumla bağlı çağırış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Senatorlardan İranda məktəbə hücumla bağlı çağırış

ABŞ-ın bir qrup senatoru İranın Minab şəhərindəki qızlar məktəbinə hücumun Amerika hərbçiləri tərəfindən törədilə biləcəyini bildirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bəyanatı Nümayəndələr Palatasının nümayəndələri Cinn Şahin, Cek Rid, Mark Uorner, Brayan Şats, Patti Murrey və Kris Kuns imzalayıblar.

“28 fevralda Minab yaxınlığındakı ibtidai məktəbə edilən və əksəriyyəti azyaşlı olmaqla, azı 175 nəfərin ölümünə səbəb olan hücumla bağlı son xəbərlərdən dəhşətə gəldik. Müstəqil təhlillər hücumun ABŞ qüvvələri tərəfindən törədilə biləcəyini qətiyyətlə göstərir. Əgər belədirsə, bu, Yaxın Şərqdə onilliklər ərzində Amerika döyüşlərində ən böyük mülki itkilərdən biridir”, - deyə qanunvericilər birgə bəyanatda bildiriblər.

Onların sözlərinə görə, məktəb azyaşlı uşaqların öldürülməsi heç bir halda qəbul edilə bilməz:

"Bu hadisə, xüsusilə nazir Pit Heqsetin İrana hücumların axmaqcasına döyüş qaydaları ilə məhdudlaşmayacağı barədə bəyanatı səbəbindən narahatedicidir. Bu hadisə hərtərəfli və qərəzsiz araşdırılmalıdır”.

Senatorlar qeyd edirlər ki, nazir Heqset Müdafiə Nazirliyi tərəfindən bu hadisənin hərtərəfli araşdırılmasını təmin etməli və Amerika ictimaiyyətinə aydın cavablar verməlidir.

Qeyd edək ki, fevralın 28-də Minabda qızlar məktəbinə edilən hücumlar nəticəsində 165-dən çox şagird həlak olmuşdu.

ABŞ ordusu faktla bağlı araşdırma aparıldığını açıqlamışdı.

Tarix
2026.03.09 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla