Yuxarı

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

“Astara” Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının təxliyəsi davam edir.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, axşam saatlarında Meksikanın İrandakı səfiri Gilyermo Puente Ordorika Azərbaycan ərazisinə təhlükəsiz şəkildə təxliyə olunub.

Səfir media nümayəndələrinə açıqlamasında bildirib:

"İndi Azərbaycana gəlmişəm. Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi burada Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə yerləşdirək. Buna görə mən və komandam buradayıq. Göründüyü kimi, gərgin vəziyyət bizim buraya gəlməyimizin səbəblərindən biridir. Azərbaycan dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən həqiqətən tez-tez Azərbaycana gəlirəm. İran səfirinin vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə, dediyim kimi, komandamla birlikdə Bakıda işləməyə gəlmişəm. Ümid edirik ki, hazırda müşahidə etdiyimiz bu vəziyyət tezliklə sülh yolu ilə həllini tapacaq".

Təxliyə prosesi müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, bu gün Meksikadan olan 7 diplomat və onların ailə üzvləri sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə olunublar. Onlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.

Tarix
2026.03.09 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla