Yuxarı

Mehdiyevin şirkətində müdir işləyirdi, nazir vəzifə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin şirkətində müdir işləyirdi, nazir vəzifə verdi

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan Şərq-Qərb ASC-nin Marketinq və yeni məhsullar şöbəsinin müdiri Rza Mirzadə vəzifəsindən ayrılıb. 2018-ci ildən bu şirkətdə çalışan R.Mirzadə bir müddət öncə işdən çıxıb.

Axar.az Yurd.Media-ya istinadla xəbər verir ki, o, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının birində direktor vəzifəsində fəaliyyətə başlayıb. Belə ki, o, yeni vəzifəsində nazirliyin tabeliyindəki qurumların birinin əməkdaşı olaraq işğaldan azad edilmiş Cəbrayıl rayonunda fəaliyyət göstərəcək.

Qeyd edək ki, mətbuatda “Şərq-Qərb” nəşriyyat-poliqrafiya şirkətinin Prezident Administrasiyasının sabiq rəhbəri, ağır cinayətlərdə ittiham olunaraq məhkum edilən Ramiz Mehdiyevə aid olduğu bildirilir. Məlumata görə, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən isə “Şərq-Qərb” ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Oqtay İsgəndər oğlu Əhmədovdur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir.

Dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə Şərq-Qərb ASC-nin milyonlarla manat dəyərində tenderlərin qalibi olduğunu görmək mümkündür. Xüsusən, şirkətin 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tabeçiliyində olan müəssisələrlə nəhəng müqavilələr bağladığı məlum olub. Həmin vaxt AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib

Tarix
2026.10.17 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla