Yuxarı

1 milyonluq fırıldaq: “Balina Ceyms” saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
1 milyonluq fırıldaq: “Balina Ceyms” saxlanıldı

ABŞ və Finlandiyada 1 milyard dollarlıq kriptovalyuta fırıldaqçılığı etdiyi iddiası ilə qırmızı bülletenlə axtarışa verilən “Balina Ceyms” ləqəbli Ceyms Şueler (James Schueler) İstanbulda saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat yayıb.

“2026-cı il oktyabrın 14-də Beşiktaşda keçirilən əməliyyat zamanı Şueler və həyat yoldaşı saxlanılıblar. Davam edən istintaq çərçivəsində Şuelerin mühafizəçiləri olduqları müəyyən edilən daha 3 nəfər də yaxalanıb.

Beşiktaş, Üsküdar və Sarıyer rayonlarında, ümumilikdə 15 ünvanda həyata keçirilən axtarışlar zamanı aşağıdakı əşyalar aşkar edilərək götürülüb:

- 7 milyon 150 min ABŞ dolları və 160 min türk lirəsi,

- 6 ədəd "soyuq" (oflayn) kriptovalyuta cüzdanı,

- Müxtəlif markalara aid 300 ədəd çanta, 100 cüt ayaqqabı, 136 cüt eynək və 28 ədəd qol saatı,

- 97 ədəd zərgərlik məmulatı və digər müxtəlif qiymətli əşyalar,

- 29 ədəd mobil telefon, 12 noutbuk, 11 ədəd kompüter bloku, 19 ədəd SSD/xarici yaddaş qurğusu, 46 ədəd USB yaddaş kartı və 19 ədəd qrafik kart,

- 4 ədəd uzun lüləli odlu silah, 3 ədəd lisenziyasız tapança və 1400 ədəd partlayıcı sursat”, - nazir əlavə edib.

Tarix
2026.10.17 / 10:50
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla