Yuxarı

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandırdı

ABŞ Prezidenti Donald Tramp mərhum senator Lindsi Qremin müəllifliyi ilə Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunda nəzərdə tutulmuş bir sıra sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiq olunmamasını əmr edib.

Axar.az xəbər verir ki, bu barədə Amerika liderinin Ağ Evin saytında yerləşdirilən fərmanında bildirilib.

"Bu (fərmanla) Qrem Qanununda nəzərdə tutulmuş sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiq olunmasından imtina edirəm. Konqresə bu cür imtinanın hazırda ABŞ-ın milli maraqlarına cavab verdiyini təsdiqlədim", - sənəddə vurğulanın.

Qeyd edək ki, Qrem qanunu ABŞ Prezidentinə, bu cür ləğvlərin Vaşinqtonun milli maraqlarına cavab verdiyinə dair yazılı təsdiq və bu təsdiq üçün əsasları izah edən hesabat təqdim edildiyi təqdirdə sanksiyaların tətbiqini ləğv etməyə icazə verir. Tramp bu mexanizmi işə salıb.

Xatırladaq ki, Tramp sentyabrın 19-da senator Lindsi Qremin təşəbbüsü ilə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb. Ağ Ev rəhbəri sanksiyaların tətbiqi ilə bağlı qərarı bir aydan gec olmayaraq qəbul etməli idi. Qanun Rusiya rəsmilərinə, banklara, enerji və müdafiə şirkətlərinə qarşı sanksiyaların genişləndirilməsinə imkan verir, həmçinin Rusiya neft və qazının, ilk növbədə Çin və Hindistanın ən böyük alıcıları olan ölkələrdən mallara 100 %-ə qədər rüsum tətbiq edir.

Bundan əlavə, qanun birbaşa Rusiya idxalına 500 %-ə qədər rüsum tətbiq etməyi, həmçinin İranın enerji və silah sektorlarına qarşı sanksiyaların 5 il uzadılmasını nəzərdə tutur.

Tarix
2026.10.17 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla