Yuxarı

Azərişıq ASC-nin təşkil etdiyi yarışın qalibi müəyyənləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərişıq ASC-nin təşkil etdiyi yarışın qalibi müəyyənləşdi

Azərişıq ASC-nin təşkilatçılığı ilə Hadrutda "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının final turu keçirilib.

Axar.az xəbər verir ki, Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində təşkil olunan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır.

Tədbirdə Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq" ASC-nin ölkənin bütün regionlarında həyata keçirdiyi yenidənqurma işləri və Ümumrespulika Yarışının regional turlarını əks etdirən video çarxlar nümayiş olunub.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda 11 regional turun qalibi olmuş komandalar — "Astara EŞ", "Göyçay EŞ", "Xaçmaz EŞ", "Xankəndi EŞ", "Qax EŞ", "Qazax EŞ", "Salyan EŞ", "Sumqayıt EŞ", "Şahbuz EŞ", "Yasamal RETSİ", "Zərdab EŞ" nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə şəkil, stuasiya, açıq və qarışıq tipli 20 sualı cavablandırıblar.

İkinci mərhələdə iştirakçılar peşə bacarıqlarını göstəriblər. Energetiklər ssenariyə uyğun olaraq ardıcıl praktiki tapşırıqları – elektrik cərəyanına düşmüş şəxsin xilas edilməsi və ona ilkin tibbi yardım göstərilməsi, yanğınsöndürmə, eləcə də 10 kV-luq elektrik xəttində təmir-bərpa əməliyyatlarını yerinə yetiriblər.

Üçüncü mərhələdə "Bilik və bacarıqdan innovasiyaya" innovativ həllər müsabiqəsində yarış iştirakçıları əvvəldən hazırladıqları layihələri təqdim ediblər.

Yekun nəticələrə əsasən "Yasamal RETSİ" komandası birinci, "Xaçmaz EŞ" ikinci, "Astara EŞ" komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.

Qeyd edək ki, Azərişıq ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Tarix
2026.10.17 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla